Zakir Həsənov səfirlə görüşdü

media-hightechnic-468x90

dcefd5c69ceebd02a64fa7f685f15833Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İranın ölkəmizdəki səfiri Möhsün Pak Ayinlə görüşüb.

Görüşdə müdafiə naziri Azərbaycanla İran arasında münasibətlərin inkişafında ölkə rəhbərlərinin görüşlərinin mühüm rol oynadığını və hərbi sahədə əlaqələrin uğurla davam etdiyini bildirib.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Z. Həsənov Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

Səfir İranın Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəklədiyini, işğal olunmuş ərazilərdə qondarma separatçı qurum tərəfindən təxribat məqsədilə keçirilməsi planlaşdırılan “seçkilər”in regionda sabitliyi pozmaq niyyəti ilə edildiyini və onun nəticələrinin ölkəsi tərəfindən heç bir halda tanınmayacağını bildirib.

Görüşdə həmçinin aprelin 20-21-də İran müdafiə naziri, general-mayor Hüseyn Dehqanın Azərbaycana səfərinin detalları müzakirə edilib, keçiriləcək görüşlərdə hərbi əməkdaşlıq sahəsində baxılacaq məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə İran Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Əmir Fərəci Moez iştirak edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600