!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zaqatalada avtomobil ağaca çırpıldı və parça-parça oldu – Sürücü öldü

!Reklam – Yazi

bfd15c6207f470933e5fcca5a12b9dbcAzərbaycanın Zaqatala rayonunda da ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə avqustun 3-də, günorta saatlarında Zaqatala-Muxax avtomobil yolunda qeydə alınıb. Zaqatalanın Muxax kənd sakini, 1989-cu il təvəllüdlü Arif Muxtar oğlu Həmzəyev idarə etdiyi “Mercedes” markalı, 99 DK 414 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı qoz ağacına çırpılıb. Zərbənin gücündən maşın bir neçə yerə parçalanıb. Sürücü Arif Həmzəyev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

 

www.yenicag.az

463
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv