Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Zaqatalada radikal dindarlara qarşı əməliyyat – Tutulanlar var

1445590037_img1922828Zaqatala rayonu ərazisində qadağan olunmuş dini təriqətlərdən birini təbliğ edən 41 ədəd kitab götürülüb.

Hadisə martın 3 baş verib. Belə ki, daxil olmuş məlumat əsasında Zaqatala RPŞ əməkdaşları tərəfindən martın 3-də saat 22 radələrində şəhər sakini İsrafil İsayevin evində qadağan olunmuş dini təriqətlərdən birini təbliğ etməsi, habelə rayon sakinləri İsrafil Şamxalovun, Etibar Babayevin, İlham Hüseynovun, Əfqan Hüseynovun, qardaşı Sahibin, Abubakar Ömərlinin, Məhəmməd Buğluyevin və Vüsal Atayevin dini toplantı təşkil etməsi müəyyən edilib.

Həyata keçirilmiş tədbirlərlə İ.İsayevin evindən 41 ədəd dini kitab aşkar edilərək götürülüb. Kitablar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təhvil veriləcəkdir.

Əlavə olaraq qeyd edilib ki, RPŞ-yə gətirilərkən Ə.Hüseynov və qardaşı Sahib polis əməkdaşlarının tələblərinə tabe olmayıblar.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə inzibati protokol tərtib edilib. Digərlərinin isə izahatları alındıqdan sonra buraxılıblar.

Loading...

www.yenicag.az

330
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100