Zaza Vaşakmadze Azərbaycana səfər edəcək
Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze fevral ayının sonunda Azərbaycana səfər edəcək.
Yenicag apa-ya istinadən bildirir ki, bunu Z. Vaşakmadzenin özü jurnalistlərə açıqlamasında deyib.
O, Bakıda Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri və digər dini icmaların nümayəndələri ilə görüşəcəyini bildirib.
Z. Vaşakmadze qeyd edib ki, hazırda Azərbaycana səfərinin detalları dəqiqləşdirilir: “Səfərimiz barədə Azərbaycanın Gürcüstandakı səfirliyinə rəsmi məlumat vermişik. Səfirlik rəsmiləri müvafiq detalları dəqiqləşdirir. Biz Türkiyə və İrana səfərlər etmişik. Yeni ilin başlanğıcında səfərimiz Azərbaycana olacaq. Biz Gürcüstan və Azərbaycanın maraqlarına xidmət edəcək görüşlər keçirəcəyik.