!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Zəfərin 4 anı” bədii kompozisiyası təqdim olunub - FOTOLAR

!Reklam – Yazi

 

Aprelin 4-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı, Azərbaycan Televiziyasının (AzTV) media tərəfdaşlığı ilə Aprel döyüşlərinin növbəti ildönümünə həsr olunmuş “Zəfərin 4 anı” adlı ədəbi – bədii gecə keçirilib.

Dövlət Himninin səsləndirilməsi, Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, şəhid ailələri və qazilər, ziyalılar, gənclər təşkilatlarının təmsilçiləri, könüllülər, tələbə gənclər, ictimaiyyət və media nümayəndələri olmaqla 2000 – nə yaxın şəxs iştirak edib.

Tədbirdə Aprel döyüşləri şəhidi, “Murov Qartalı” ləqəbli polkovnik – leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Birinci Qarabağ müharibəsinin şəhidi Mehman Bayramov və Aprel döyüşlərinin şəhidi kapitan Vaqif Bayramovun anası Zeynəb Bayramova və “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvü, Aprel döyüşləri qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev çıxış ediblər. Natiqlər öz çıxışlarında Aprel döyüşlərinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan böyük Zəfərin başlanğıcı olduğunu vurğulayıb və xalqımıza bu qələbə sevincini yaşadan qəhrəmanlarımızın, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Qeyd olunub ki, şəhidlərimizin narahat ruhları indi şaddır, torpaqlarımız işğalçılardan tam azad olunub, ərazi bütövlüymüz təmin edilib, bu gün üçrəngli bayrağımız bütün işğaldan azad olunmuş torpaqlarımızda dalğalanır, uzun illər həsrətində olduğumuz doğma torpaqlara Böyük Qayıdışımız başlayıb, Qarabağımız və Şərqi Zəngəzurumuzda həyat yenidən canlanır, geniş bərpa-quruculuq işləri aparılır, bu torpaqların əsl sahibləri qayıdıblar. Həmçinin çıxışlarda qəhrəmanlıq tariximizin gənclər arasında təbliğ edilməsi, gənclərə, yetişməkdə olan gənc nəsilə öz qanları və canları bahasına tarix yazan igid Vətən övladlarının tanıdılması üçün bu kimi tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyəti vurğulanıb.

Tədbir tanınmış incəsənət xadimlərinin və istedadlı gənclərin təqdimatında “Zəfərin 4 anı” bədii kompozisiyası ilə davam edib.

Quruluşçu rejisoru Əməkdar artist Nicat Kazımov, ssenari müəllifi şair, yazıçı, kinodramaturq İlqar Fəhmi olan kompozisiyada son onilliklərdə Azərbaycan xalqının qəhrəman övladlarının Vətənin azadlığı uğrunda göstərdikləri şücaət və qəhrəmanlıqlar,  Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən Müharibəsi və antiterror əməliyyatlarını əhatə edən vacib hadisələr bədii, musiqili və teatral formada tamaşaçılara təqdim edilib.

COP29

www.yenicag.az

234
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv