Səudiyyə Ərəbistanında səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski vəliəhd Məhəmməd bin Salmanla görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər müharibəni dayandıra və sülhü davamlı və təhlükəsiz edə biləcək addımları və şərtləri müzakirə ediblər:
“Xüsusilə məhbusların azad edilməsi və uşaqların geri qaytarılması məsələsini qeyd etdim ki, bu da diplomatik səylərə etimad yaratmaq üçün əsas tədbirlərdən birinə çevrilə bilər. Söhbətin əhəmiyyətli hissəsi təhlükəsizlik zəmanətlərinin formatlarına həsr olunub”.
Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüş keçiriləcək.
www.yenicag.az