!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenskidən ETİRAF: “Rusiya bu şəhəri işğal etmək istəyir”

!Reklam – Yazi

“Rusiya Xarkovu işğal etmək istəyir, baxmayaraq ki, bunun çətin olduğunu başa düşürlər”.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski AFP-yə müsahibəsində bildirib.

Ukrayna lideri söyləyib ki, Rusiyanın hazırkı hücumu bir neçə dalğadan ibarət ola bilər:

“Birinci dalğa Xarkov vilayətidir. Orada vəziyyət nəzarətdədir, lakin sabitləşməyib. Rusiya Federasiyasının 24 fevral 2022-ci ildə olduğu kimi Kiyevə tam miqyasda hücum etməyə artıq gücü çatmır”.

Onun sözlərinə görə, Ukraynada hava hücumundan müdafiə sistemi yoxdur və Rusiya ilə paritet olmaq üçün ölkəyə 120-130 müasir F-16 döyüş təyyarəsi və ya digər döyüş təyyarəsi lazımdır.

“Ukrayna Moskvaya “üstünlük” verəcək istənilən atəşkəsə qarşıdır. Ukrayna və Qərb eyni dəyərlərə malikdir, lakin müharibənin sonunun necə olacağı ilə bağlı çox vaxt fərqli baxışlarımız olur”, – o, söyləyib.

Rafi Müslümov

www.yenicag.az

346
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv