“Ukrayna prezidenti Volodimir Zelenskinin son açıqlaması Türkiyədə gərginliyə səbəb olub”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay deyib.
Analitik Ukrayna lideri Volodimri Zelenskinin gərginliyə səbəb olan açıqlamasına toxunub.
“Türkiyənin Türkiyədəki yerli yunan pravoslav azlığının ruhani lideri kimi yalnız I Bartelemos görməsi və beynəlxalq rol oynamaması səbəbindən bu bəyanatı əvvəllər də başqa ölkələrin liderləri səsləndirib. O, Qərb ölkələrinin istifadə etdiyi “ekumenik” və ya universal patriarx titulunu qəbul etməkdən imtina edir. Türkiyə Cümhuriyyəti hökumətinin fikrincə, 1923-cü ildə imzalanmış və Türkiyə Cümhuriyyətinin qurulmasına yol açan “Lozanna” müqaviləsinə uyğun olaraq Türkiyə Cümhuriyyətinin səlahiyyətinə tabedir. O, patriarxa daha geniş statusun verilməsinin ölkənin dünyəvi sisteminin əsaslarından biri olan vahid Türkiyə vətəndaşlığı ideyasını sarsıda biləcəyindən narahatdır. Bartelemos xaricə etdiyi bəzi keçmiş səfərləri zamanı “ekumenik” ifadəsini işlətməsi tez-tez kilsə ilə Türkiyə hökuməti arasında gərginliyə səbəb olub”.
Qeyd edək ki, V. Zelenski Rum Fənər Patriarxı olan I Bartelemos ilə telefon danışığını özünün “X” hesabında elan edərkən, İstanbul Patriarxını müstəqil dini dövlət hesab edilən “Ekumen” kimi təqdim edib.
Zelenskinin bu təqdimatı Türkiyə mediasında ciddi tənqid olunub. Buna qədər o, İsveçrə ilə bərabər sülh sammitinə Patriarxı Türkiyə ilə bərabər ayrıca statusda dəvət etmişdir. Xatırladaq ki, Fatih Sultan Mehmetdən bu tərəfə kilsə türklərin suverenliyinə daxildir.
Rafi Müslümov
www.yenicag.az