Volodimir Zelenskinin seçkilərin taleyini həll edən yelləncək ştatlardan biri olan Pensilvaniyada demokrat qubernator Coş Şapiro ilə silah zavodunu ziyarət etməsi respublikaçıları özündən çıxardıb.
Yenicag.az xəbər verir ki, bu barədə “The Atlantic” nəşri məlumat yayıb.
Nəşr yazır ki, Pensilvaniya seçkilərin taleyini həll edən xüsusi ştatdır.
“Eyni zamanda, Demokrat qubernator, yəhudi əsilli Şapiro Amerika siyasətinin yeni yüksələn ulduzudur. Pensilvaniyada Şapiro son seçkilərdə 60% səs qazanmaqla mötədil Respublikaçılardan da səs alıb”, – deyə qeyd edilir.
Qəzetin məlumatına görə, ABŞ nümayəndələr palatasının spikeri Conson Volodimir Zelenskiyə məktub yazaraq, Amerika səfirini dərhal geri çağırmasını tələb edib.
“Respublikaçı qubernatorlar Zelenskinin son addımını seçkilərə müdaxilə kimi qələmə veriblər. Eyni zamanda, Zelenski Pensilvaniya səfəri zamanı Respublikaçı vitse-prezidentliyə namizəd Ceyms Devid Vensin sülh planını kəskin tənqid edib. Tramp dünən Zelenskini açıq tənqid edib və Ukraynaya dəstəyə qarşı çıxıb”, – nəşr yazıb.
Rafi Müslümov
www.yenicag.az