!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenskinin itkilərlə bağlı İDDİASI – “Dəqiq sayın açıqlanması hələ tezdir”

!Reklam – Yazi

“Müharibələrdə insan itkilərinin olması ağrılı hal olsa da, bu, müharibənin reallığıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Analitik Ukrayna prezidenti Volodimir Zelenskinin Ukraynanın itkiləri ilə bağlı açıqladığı rəqəmləri şərh edib.

Qeyd edək ki, dövlət başçısı müharibə ərzində ölkəsinin 43 min, Rusiyanın isə 750 min nəfər itki verdiyini iddia edib.

A. Qasımov əlavə edib ki, 3 ilə yaxın davam edən geniş miqyaslı Rusiya-Ukrayna müharibəsində qarşı tərəflərdən yüz minlərlə insanın həlak olması acı reallıqdır:

“Bu itkilərin dəqiq sayının açıqlanması isə hələ tezdir. Çünki bu, müharibədən sonra aparılacaq araşdırmalardan sonra dəqiq müəyyən oluna bilər. Amma qarşı tərəflərin bir-birilərinin itkilərinin sayını şişirdilmiş şəkildə xof yaratmaq üçün göstərməsi də təbiidir”.

Siyasi təhlilçi əlavə edib ki, Ukrayna liderinin açıqladığı statistika həlak olmuş insanların sayı baxımından doğru ola bilər:

“Yaralı olan insanların sayı bundan qat-qat çox ola bilər. Rusiyanın açıqladığı statistikada tək itkin düşənlərin sayı 48 min idi. Bu statistika təsadüfən mətbuata çıxmışdı. Belə bir durumda təbii ki, hücum edən tərəfin itkiləri də qarşı tərəfdən dəfələrlə çox olur. Rusiyanın hər gün az qala minin üzərində əsgər itirdiyi də deyilir. Amma hesab edirəm ki, hər iki tərəfin ölən və yaralı olanlarla birlikdə milyona yaxın insan itirdiyi faktı real ola bilər. Bunun üçdə birinin Ukraynanın payına düşməsi realdır. İnsanların itkisi təbii ki, tək qeyd edilən faktlar deyil. İnsanlar öz yaşayış yerlərini, əmlaklarını, nəticədə isə vətənlərini itiriblər. Onların mənəvi itkisi daha çoxdur, nəinki fiziki”.

Rafi Müslümov

www.yenicag.az

165
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv