Zəlzələ öncəgörməsi: İnkişaf edən texnologiya Aydakı təkanları da qeydə alır
Alimlər “Android” telefonları real vaxtda zəlzələ detektoruna çevirən yeni sistem hazırlayıb. Bu sistem böyük yeraltı təkan baş verməmişdən saniyələr öncə insanları xəbərdar etməyə imkan verir.
Yenicag.az xəbər verir ki, “Google”, ABŞ Geoloji Xidməti (USGS) və tədqiqatçılar tərəfindən hazırlanmış sistem milyonlarla telefondan gələn siqnalları analiz edərək yeraltı təkanların ilkin dalğalarını aşkarlayır. Bir neçə cihaz eyni hərəkəti qeydə aldıqda sistem həmin əraziyə xəbərdarlıq göndərir.
“Science” jurnalında dərc edilən araşdırmaya görə, sistem ayda 300-dən çox zəlzələni müəyyənləşdirir. İstifadəçilərin 85%-i xəbərdarlıq mesajını aldığını, 36%-i isə yeraltı təkan başlamadan öncə xəbərdar edildiyini bildirib.
Bu texnologiya ənənəvi seysmik sensorları əvəz etməsə də, sensor şəbəkələri zəif, lakin smartfonların geniş yayıldığı ölkələrdə ucuz və effektiv erkən xəbərdarlıq vasitəsi ola bilər.
Xəbərdarlıqlar zəlzələdən əvvəl yayılan və daha sürətli olan P dalğalarının aşkarlanmasına əsaslanır. Sistem bu siqnalları toplayaraq istifadəçiyə saniyələrlə əvvəl xəbər verir – bu zaman pilləkəndən enmək, qorunmaq və ya əməliyyatı dayandırmaq üçün kifayət edə bilər.
“Android” Zəlzələ Xəbərdarlıq Sistemi artıq ABŞ, Yaponiya, Yunanıstan, Türkiyə və İndoneziya kimi ölkələrdə istifadə olunur və əlavə proqram yükləmədən birbaşa telefon sisteminə inteqrasiya edilib.
Alimlər bildirirlər ki, şəhər ərazilərində – telefon sıxlığının və internet bağlantısının güclü olduğu bölgələrdə bu sistem xüsusilə effektivdir. Sistem əvvəlki “MyShake” kimi tətbiqlərə əsaslansa da, milyonlarla cihazda mövcudluğu onun üstünlüyünü artırır.
Sözügedən sistemin Ayda da 300-dən çox zəlzələ qeydə aldığı bildirilir.
Mütəxəssislər gələcəkdə kütləvi məlumat mənbələrinə əsaslanan erkən xəbərdarlıq sistemlərinin daha geniş yayılacağını düşünür.