Zəlzələ Tayvana da çatdı

media-hightechnic-468x90

img1589695Nepalda çox sayda insan ölümü və yaralanması ilə nəticələnən zəlzələdən sonra bu dəfə Tayvanda yeraltı təkanlar qeydə alınıb.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, Tayvanın Şərqi-Çin dənizi sahillərində maqnitudası 5.2 bal olan zəlzələ meydana gəlib. Bu barədə Avropa-Aralıq dənizi seysmoloji stansiyası xəbər yayıb.

Xəbərdə bildirilir ki, yeraltı təkanların episentri paytaxt Taybeydən 140 km məsafədə, adanın 14 km şimal-şərqində yerləşib.

Qeyd edək ki, şənbə günü Nepalda son 80 il üçün ən güclü zəlzələ meydana gəlib. Həlak olanların sayı 1,5 mini ötüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600