Zəlzələdə ölənlərin sayı 1800 nəfəri ötdü-Foto

media-hightechnic-468x90

img1799566Ötən gün Nepalda baş vermiş güclü zəlzələ zamanı ölənlərin sayı 1805 nəfərə çatıb. Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu barədə Nepalın Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatına görə, təbii fəlakət nəticəsində 4718 nəfər xəsarət alıb.

Zəlzələnin episentri paytaxt Katmandunun şimal-qərbindən 82 kilometr aralıda, 15 kilometr dərinlikdə və 7,9 bal gücündə olub. Zəlzələ nəticəsində Katmandunun tarixi rayonuna ciddi ziyan dəyib.

Nepal hökuməti güclü zəlzələ ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Nepal hakimiyyəti ölkələrə humanitar yardımla bağlı müraciət edib.

Qeyd edək ki, bundan əvvəl Nepalda ən güclü zəlzələ 1934-cü ildə baş verib. 8,2 bal gücündə zəlzələ o zaman 10 000 nəfərin həyatına son qoyub.

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600