Müğənni Zemfira İbrahimova konsertində zorla bilet satdırıb, yalandan zalı dolduran həmkarlarından danışıb.
Yenicag.az xəbər verir ki, müğənni onların ünvanına qalmaqallı fikirlər səsləndirib:
“Cibimdən pul xərcləyib, balamın boğazından kəsib konsert vermərəm. Menecer, prodüser işin özüm görüm, zalın biletlərin də satım, nəyə görə? Əgər mənə tələbat varsa, o zaman elə açıq havada konsert verərəm. Hansısa kafeyə 3-5 nəfəri yığıb, məcburi bilet satıb, konsert vermərəm. İndi 80 faiz belədir”.
Müğənni sosial şəbəkələrdə paylaşımların da qeyri-səmimi olduğunu bildirib:
“Sosial şəbəkələrdə görürəm ki, hamısı bir-birinin arxasınca qaçır. Bunu da paylaşır ki, arxamca ordu qaçır. Nolar, qaçır, qaçır da…”
Xəzər TV-nin “Hər şey daxil” verilişindən olan görüntüləri təqdim edirik.
Nehru
www.yenicag.az