!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “Yola Türkiyə nəzarət edəcək”

!Reklam – Yazi

 

“Zəngəzur dəhlizinə nəzarəti Türkiyə götürəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Cənubi Qafqaz uğrunda mübarizə, regionda gərginlik və gözlənənləri şərh edən politoloq Yusif Bağırzadə deyib.

Yusif Bağırzadə bildirib ki, Zəngəzur dəhlizi açılacaq.

“Cənubi Qafqaz Rusiya və ABŞ-nin maraq dairəsində olan regiondur. Hazırda Ermənistanla Rusiyanın yolları ayrılır. Ermənistanda hakimiyyət dəyişikliyinin parametrləri görsənsə də, bu, baş verməyəcək. Rusiya o vəziyyətdə deyil ki, Ermənistanda hakimiyyət dəyişikliyinə nail olsun. Nikol Paşinyan iki dəfə seçki keçirdi və onun partiyası qələbə qazandı. Belə demək olar ki, Ermənistanın aktiv seçiciləri Qərbə meyillidir”, – deyə o qeyd edib.

Politoloqun sözlərinə görə, Gürcüstanda da vəziyyət gərgindir.

“Qarabaşvilinin hakimiyyətdən getməsi Gürcüstanın Avropa İttifaqına inteqrasiyası ilə əlaqədar idi. Gürcüstan hakimiyyəti itirilmiş torpaqları geri qaytarmaqda maraqlıdır. Bunun da açarı Rusiyanın əlindədir. Rusiya ilə Gürcüstan arasında üzdə olmayan danışıqlar gedir. Gürcüstanda da hakimiyyət dəyişikliyinə nail olmaq mümkün olmayacaq. Çünki hakimiyyətdə olan partiya siyasi və iqtisadi cəhətdən güclüdür. Onlar çalışacaq ki, ABŞ-nin Qərbin Gürcüstan siyasi həyatına təsirini minimuma endirsin. Məqsəd Rusiya bazarına girmək və Abxaziya və Cənubi Osetiyanın hansı model olur olsun, Gürcüstanın təsir dairəsinə almaqdır”, – deyə o əlavə edib.

Rusiya-Azərbaycan münasibətlərinə gəldikdə isə politoloq vurğulayıb ki, rəsmi Bakı həmişə balanslaşdırılmı siyasət yeridir:

“Putinin Azərbaycana səfəri münasibətlərin dərinləşməsini göstərir. Rusiya digər postsovet ölkələri ilə Azərbaycan arasında fərq qoyur. Rusiya Azərbaycanla bərabərhüquqlu davranır. Bundan əlavə iqtisadi layihələrdə də Azərbaycanla Rusiya arasında ciddi əməkdaşlıq mövcuddur. “Qazprom”la Avropa İttifaqı arasındakı müqavilə başa çatır. Rusiya sanksiya altında olduğuna görə, Avropa İttifaqı “Qazprom”la müqaviləni imzalamayacaq. Ancaq Avropa İttifaqının qaza böyük ehtiyacı var. Ona görə də, Qazpromu SOCAR agent kimi əvəz edəcək.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb. 10 noyabr bəyanatında Ermənistandan keçən kommunikasiyalara Rusiya tərəfinin nəzarət edəcəyi yazılıb. Ermənistan tərəfi bununla razı deyil. ABŞ və digər Qərb ölkələri də buna razılıq vermir. Azərbaycan komunikasiyaların açılmasını sülh müqaviləsindən sonraya saxladı. Hesab edirəm ki, bu doğru addım idi. ABŞ Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Hesab edirəm ki, o yol açılacaq. Yola nəzarəti isə Türkiyəyə veriləcək. Tarixdə də o yola indiki adla Türkiyənin nəzarəti olub”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv