Zərdabda bir evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Zərdab rayon sakini olan bir qadın rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən qızıl əşyalarının oğurlandığını bildirib.
Məlumatla əlaqədar Zərdab RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Azad İsmayılzadə saxlanılıb. Araşdırmalarla onun 9850 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.
Bundan başqa, digər Zərdab rayon sakini Əfqan Teymurlunun evindən 2000 manat dəyərində qızıl əşyaları oğurlandığı barədə RPŞ-yə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində oğurluğu törədən şəxsin Ə.Teymurlunun Mingəçevir şəhərində yaşayan qardaşı Cahangir Teymurlu olduğu müəyyən edilib.
Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
www.yenicag.az