Zərərli 11 adətlərimiz

media-hightechnic-468x90

JSAB9J1Bəzən bizim gün ərzində etdiyimiz bəzi işlər və bəzi adətlər bizim üçün çox zərərlidir. Zaman keçdikcə insan sağlamlığına böyük zərər vurar.

1. Yaş paltarları evdə qurutmaq.

Yaş paltarları evdə qurutmaq havada olan rütubəti artırar, daha çox həşəratların artması üçün şərait yaradar. Rütubətin çox olduğu mühitdə göbələklər artar və immun sistemini zəiflədər. Bəzən də tənəffüs yollarını zədələyib, astma xəstəliyi üçün şərait yaradar.

2. Yeməkdən sonra fasilə vermədən dişləri sürtmək.

Bəziləri səhər yeməyini yeyəndən sonra dişlərini sürtərlər ki, nəfəsləri təravətli olsun. Bir çoxları gündə üç dəfə dişləri sürtməyə əməl edir və onu tərk etmirlər. Halbuki bu iş diş sağlamlığı üçün təhlükəlidir. Meyvə suları və meyvələrin bəzisi diş minasına ziyan vurar. Ona görə də dişləri əvvəlcə su ilə yaxalayıb yarım saatdan sonra sürtmək lazımdır. Dişləri səhər və nahar yeməklərindən sonra sürtmək yerinə saqqız çeynəyə bilərsiniz.

3. Maşının pəncərəsini aşağı salıb sürmək.

Aparılan tədqiqatlar göstərir ki, əgər sürücü maşında olan zaman pəncərəni açıq qoyarsa, ekoloji çirklənməyə daha çox məruz qalar. Bu vərdiş qulaq sağlamlığı üçün də zərərlidir.

4. Yeməyi plastik qabda mikro-sobada isitmək.

Plastik qabların tərkibində kimyəvi maddə vardır ki, hormonlarda dəyişiklik yaradar və insanı xərçəng təhlükəsi altında qoyar.

5. Mobil telefonu yanınızda saxlamaq.

Bir çoxları hətta yatan zaman belə mesajlaşırlar və mobil telefonu başlarının altına qoyarlar. Bu vərdiş yuxunun ritmini pozar. Əgər rahat yatmaq istəyirsinizsə, yatmaqdan əvvəl mobil telefonla məşğul olmayın. Telefonu yataq otağınıza qoymayın.

6. Yatmazdan bilavasitə əvvəl idman etmək.

Yatmazdan bilavasitə əvvəl idman etmək yaxşı fikir deyildir. Çünki yuxunu pozar və yorğunluq hissi gətirər. Ona görə də yatmazdan bir müddət əvvəl idman edin ki, yuxunuz aram olsun.

7. Yüksək səslə musiqiyə qulaq asmaq.

Cavanların bir çoxu müsiqiyə yüksək səslə qulaq asmağı sevirlər. Lakin bu adət qulaq və eşitmə sağlamlığına ziyan vurar.

8. Linzadan çox istifadə etmək.

Bəzi xanımlar eynək taxmağı sevmədiklərinə görə linzalardan istifadə edərlər. Lakin uzun müddət linzadan istifadə etmək göz üçün ziyanlıdır. Bu zaman göz yaşı az istehsal olar və gözlər quruyar.

9. Özgə vərdişlərinə təqlid etmək.

Dostun insana təsiri çoxdur. Belə ki, əgər dostunuz kökdürsə, ehtmal verilir ki, siz də çəkinizi artırarsınız. Əgər dostunuzla çox vaxt keçirirsinizsə, imkan verməyin ki, onun pis adətləri sizə də keçsin. Əgər idmanı sevirsinizsə, siz onu idman etməyə təşviq edin.

10. Dişləri təmizləməmək.

Bunu yadda saxlayın ki, dişləri sürtməklə təmiz olmaz. Diş fırçası dişlərin arasına girə bilmədiyi üçün, təmizləyə bilmir. Ona görə də diş sapından istifadə etmək lazımdır.

11. Bədəninizin verdiyi siqnallara laqeyd olmaq.

Bel ağrısı, yorğunluq, mədə ağrısı əksər insanların hiss etdiyi ağrılardandır. Lakin bu siqnallar bir çox ciddi xəstəlikləri bizə xəbər vermək istəyə bilərlər. Gizli stress kimi.

(deyerler.org)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600