Zəvvarların sonuncu qrupları Həccdən qayıdır

media-hightechnic-468x90

download (66)Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupların bu gün vətənə qayıdır.

Qafqaz Müsəlmanları İdarəsindən  verilən məlumata görə, oktyabrın 11-dən 15-nə qədər gerçəkləşən təyyarə reysləri ilə azərbaycanlı zəvvarların əksəriyyəti vətənə dönüb. Sonuncu təyyarə reysləri bu gün həyata keçirilir. Bununla da bu il Həcc ziyarətinə qatılmış 4 minə yaxın azərbaycanlı zəvvarın hamısı ölkəyə dönmüş olacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov bildirib ki, ziyarət zamanı azərbaycanlı zəvvarların səhhətində ciddi problem müşahidə edilməyib.

Xatırladaq ki, azərbaycanlı zəvvarlar Məkkə şəhərində Həcc ayinlərini başa vurduqdan sonra Mədinə şəhərinə səfər ediblər. Onların Bakıya qayıdışı da Mədinə şəhərindən gerçəkləşir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600