“Zirə” “Turan Tovuz”u minimal fərqlə məğlub etdi

media-hightechnic-468x90

Azərbaycan Premyer Liqasında IX tura start verilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, turun açılış oyununda lider “Zirə” meydana çıxıb.

Qəsəbə təmsilçisi doğma arenada “Turan Tovuz”u qəbul edib. Hesabı meydan sahibləri açıblar. 33-cü dəqiqədə Salifu Suma fərqlənib.

Qonaqlar 74-cü dəqiqədə Denis Marandiçinin qolu sayəsində “status-kvo”nu bərpa ediblər. Lakin tovuzluların sevinci cəmi 3 dəqiqə çəkib. 77-ci dəqiqədə Qismət Alıyev “Zirə”yə 2:1 hesablı qələbə qazandıran qola imza atıb.

Bakılılar bu qalibiyyət sayəsində xallarının sayını 19-a çatdırıblar. Bölgə təmsilçisinin isə hesabında 11 xal var.

Qeyd edək ki, turun “Qəbələ” – “Səbail”, “Sabah” – “Araz-Naxçıvan” görüşləri oktyabrın 7-də, “Sumqayıt” – “Kəpəz” və “Neftçi” – “Qarabağ” qarşılaşmaları isə 8-də keçiriləcək./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05