Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Zülfiyyə təşviş içində: ”Çox qorxuram, buna görə də...”

“Bu koronavirus bir bəladır, Allah tezliklə bizi bu bəladan xilas etsin. Hər gün nə qədər insan bu virusun qurbanı olur. Elə tanıdığım neçə adam var ki, virusa yoluxub”.

Bunu Yenicag.az-a açıqlamasında aktrisa Zülfiyyə Nəzər Məmmədova deyib.

Aktrisa maskasız bir addım da atmadığını bildirib:

“Çalışıram işim olmadığı halda evdən çıxmayım. Çıxanda da mütləq maska, əlcək spirtim olmalıdır. Bəzən insanlar bu virusa inanmır, özləri bilər. Amma, deyilən qaydalara əməl etməlidir ki, başqalarını yoluxdurmasınlar. Xüsusən, marketlərdə ehtiyatlı olmaq lazımdır”.

Sənətçi koronavirusa görə yaradıcılığında sükut hökm sürdüyünü də deyib:

“Yaradıcılığımda heç bir yenilik yoxdur, hamımız gözləyirik. Sənətim üçün çox darıxmışam, amma daha önəmli olan sağlamlığımızdır. Çox qorxuram, buna görə də qorunuram. Bircə bu bəlanı adladaq”.

Cəvahir

www.yenicag.az

956