Zülfiyyə Xanbabayeva ilə Mehin arasında QARŞIDURMA – SƏBƏB

media-hightechnic-468x90

Zaman-zaman müğənnilər arasında mahnı davası olub. Elə müğənnilər olub ki, mahnısının başqaları tərəfindən oxunmasına qadağa qoyub. Növbəti qalmaqal Xalq artisti Zülfiyyə Xanbabayeva ilə gənc həmkarı Mehin Hümbətova arasında yaşanıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, buna səbəb Mehinin Zülfiyyə Xanbabayevanın “Sənsiz” mahnısını oxumaq istəməsi və qarşı tərəfdən gələn “yox” cavabı olub. Lakin sonradan Xanbabayeva “Pərvizə görə” verilişində Mehin tərəfindən ona heç bir müraciət olunmadığını söyləyib. Bu da gənc həmkarına xoş gəlməyib.

Mehin isə belə bir müraciətin olunduğunu israr edib:

“Sözün açığı, buna təəssüf edirəm ki, mövzu belə böyüdü. Zülfiyyə xanım qeyd edib ki, ona bununla bağlı müraciət olunmayıb. Mən subordinasiyanı qorumaq məqsədilə özüm onunla birbaşa əlaqə saxlamadım. Komandalar arasında söhbət gedib. Onun prodüseri Nigar xanıma müraciət etdim. Onlar 25 ildir ki, bərabər çalışırlar. Əgər Nigar xanımın sözü Zülfiyyə xanımın sözü sayılmırsa, düşünürəm ki, bu, onların arasında olan bir məsələdir. Çünki mənim komandamda mənim sözüm həm də komandamın sözüdür”.

Qeyd edək ki, bu mövzu sosial şəbəkə izləyiciləri tərəfindən də müzakirə olunub. Yazılan rəylərin əksəriyyətində Mehinə haqq qazandırıblar. Onlar Zülfiyyə Xanbabayevanın mahnılarının başqa həmkarları tərəfindən oxunmasına icazə vermədiyini də bildiriblər.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05