!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Zurabişvili və İvanişvili arasında ziddiyyətlər qabaracaq” – Mixail Neyjmakov

!Reklam – Yazi

“Səlahiyyətsiz” prezidentin hökuməti tənqid edərək, siyasi xallar qazanması praktikada çox təkrarlanıb”.

Bu fikirləri Yenicag.ru-a açıqlamasında Gürcüstanda keçirilmiş prezident seçkilərindən sonra yeni dövlət başçısı Salome Zurabişvili ilə hakim siyasi komandanın patronu Bdzina İvanişvili arasında münasibətlərin gələcəyini dəyərləndirən Rusiyalı politoloq, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı təhlilçisi Mixail Neyjmakov deyib.

Mixail Neyjmakovun sözlərinə görə, Zurabişvilinin səsləndirdiyi bir sıra bəyanatlar İvanişvili üçün problemlər yarada bilər:

“Zurabişvilinin siyasi bioqrafiyasında ölkə rəhbərliyindəki nüfuzlu fiqurlarla qarşıdurmaya getməklə bağlı nümunələr var. Ona görə də, Zurabişvili və İvanişvili, o cümlədən, hakim “Gürcü arzusu” partiyası arasında ziddiyyətlərin qabaracağı tamamilə mümkündür.

Bir sıra parlament respublikalarının təcrübəsi göstərib ki, “səlahiyyətsiz” prezidentin hökuməti tənqid edərək, siyasi xallar qazanması praktikada çox təkrarlanıb. Bu halda səlahiyyətlərinin məhdudluğu prezidentin lehinə olan amildir.

Digər tərəfdən, seçkilərin nəticələrinə yönəlik etirazlar Zurabişvilinin narazı elektoratla kommunikasiya qurmasını xeyli çətinləşdirir. Yeni prezident ictimai rəydə nə qədər fəal olarsa, Zurabişviliyə yönələn etirazlar da tədricən arxa plana keçər. Ancaq etirazların tam səngiyəcəyi inandırıcı deyil.

Fikrimcə, Zurabişvilinin gələcəkdə Moskvaya ünvanlanan bəyanatlarının kəskinliyi gah artacaq, gah da azalacaq. Ancaq onun bəyanatları İvanişvili komandasına ciddi problemlər yarada bilər. Eyni zamanda, digər dövlətlər də ən azı informasiya müstəvisində həmin bəyanatlara reaksiya verəcəklər. Ancaq qalan hallarda, Zurabişvilinin Rusiya ilə bağlı bəyanatları ikitərəfli münasibətlərdə sadəcə, fon olacaq”.

Qafqaz Ömərov

COP29

www.yenicag.az

2861
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv