13 dərəcə isti gözlənilir

media-hightechnic-468x90

cf1b8eef7caa58e35a59c3fad045cbb1Bəzi yerlərdə 13 dərəcə isti gözlənilir

Fevralın 25-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev açıqlamasında deyib ki, gecəyə doğru bəzi yerlərdə çiskin olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 5-7 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, səhər və axşam bəzi şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu mərkəzi Aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600