14 kluba transfer qadağası qoyuldu - Səbəb

media-hightechnic-468x90

Argentina Futbol Assosiasiyası yüksək liqada çıxış edən 14 kluba transfer qadağası qoyub.

Yeniçağ.az xəbər verir ki, bu barədə dünən qərar qəbul olunub.

Klublar assosiasiyaya olan borclarına görə cəzalanıb. Ümumilikdə siyahıda 16 klubun adı yer alıb. Qurumdan bildirilib ki, digər iki kluba borclarını ödəmək üçün vaxt verilib.

Cəzaya məruz qalanlar “İndependyente”, “San Lorenso”, “Arsenal”, “Urakan”, “Estudiantes”, “Himnasiya və Esgrima”, “Lanus”, “Nyuells Old Boyz”, “San-Martin”, “Kilmes”, “Veles Sarsfild”, “Olimpi”, “Banfild” və “Kolon” klublarıdır.

Xatırladaq ki, Argentina Premyer Divizionunda 30 komanda çıxış edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600