15 gündür yoxa çıxan oğlan tapıldı: Görün hardaymış

media-hightechnic-468x90

Bakıda itkin düşən yeniyetmə tapılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Lent.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev məlumat verib.

Onun sözlərinə görə, Suraxanı rayonu, Hövsan qəsəbəsində 16 yaşlı Mumcu Vüsal Kərəm oğlunun itkin düşməsi ilə bağlı axtarış işləri keçirilib:

“Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri axtarış tədbirləri ilə V.Mumcu tapılaraq ailəsinə təhvil verilib”.

Mumcu Vüsal Kərəm oğlu itkin düşdüyü 15 gün ərzində dostu ilə birgə istixanalardan birində işləyib. O, bu müddət ərzində elə həmin istixanada gecələyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa