18 nəfər Müsavatdan getdi
Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy qohumlarının partiyadan istefa verib. Bu barədə S.Əlisoy özü məlumat verib.
“Məni-Səxavət Əlisoyu absurd arqumentlərlə partiya üzvlüyündən xaric etdikdən sonra bizimkilərin orada qalaması şərəf məsələsi idi. Az da olsa gözlənti var idi ki, ABŞ Dövlət Departementinin 2010-cu ildə Azərbaycanda İnsan Haqlarının pozulmasına dair hesabatını oxuduqdan sonra, Müsavat Partiyası bu mötəbər sənədə sayğı ilə yanaşacaq. Təəssüf ki, belə olmadı. Belə bir paradoksal durumda Əlisoyların 7 nəfər üzvünün Müsavat Partiyasından istefa etdiyini açıqlayır və bunu Əlisoyların 18 nümayəndəsinin təsdiq etdiyinin məsuliyyətini üzərimə götürürəm” -deyə S.Əlisoy bildirib.
S.Əlisoy istefa verənlərin aşağıda adları qeyd olunanlar olduğunu bildirib:
1. Ədalət Əlisoy
2. Əlipaşa Əlisoy
3. Arif Əlisoy
4. Şakir Əlisoy
5. Çapay Əlisoy
6. Sabit Əlisoy
7. Səxavət Əlisoy
8. Araz Əlisoy
9. Cavid Əlisoy
10. Həmid Əlisoy
11. Hafiz Əlisoy
12.Toğrul Əlisoy
13. Gürşad Əlisoy
14. Məmməd Əlisoy
15. Musa Əlisoy
16. Sevindik Əlisoy
17. Ələkbər Əlisoy
18. Zakir Əlisoy(azadinform).