19 min 117 manatlıq yardım göstərildi
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbərliyi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində Ağsu rayonunda olub, həmin rayonda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə kollektivin yardımını çatdırıb.
Komitədən verilən məlumata görə, bütövlükdə 377 (üç yüz yetmiş yeddi) məcburi köçkün ailəsinə 19 min 117 manatlıq düyü, şəkər tozu, çay, yağ və un kimi ərzaq məhsullarından ibarət yardım edilib.
Xatırladaq ki, aksiya Prezident İlham Əliyevin 2004-cü il 01 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın 2.23-cü bəndinə uyğun olaraq həyata keçirilib(azadinform).