"1976-cı ilin xəritəsinə görə müəyyən problemlərimiz yaranıb" - Qriqoryan

media-hightechnic-468x90

Sərhədin demarkasiyası zamanı müəyyən problemlərimiz yaranıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ictimai televiziya şirkətinin efirində açıqlayıb.

“1976-cı ilin xəritəsinə görə Ermənistan ərazisində qalmayan 4 tikili var ki, həmin 4 tikililərdən ikisi yaşayış evi, biri vaqon, digəri isə qarajdır. Hökumət bütün bu problemləri həll edəcək, biz bütün problemləri həll edəcəyik. Biz tamamilə Ermənistan Respublikasının ərazisindən keçəcək yol çəkəcəyik. Biz əminik ki, bu proseslə daha çox təhlükəsizlik təminatları yaradırıq”, – Qriqoryan deyib.

Qriqoryan iddia edib ki, 1976-cı ilin xəritəsinə görə indiyədək Ermənistana məxsus olan Ermənistana, Azərbaycana məxsus olan isə Azərbaycana keçib: “Bu, mümkün olan ən yaxşı həll yoludur”./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600