2015-ci ildə əmək haqlarında artım olacaq?

media-hightechnic-468x90

images (3)Natiq Cəfərli: “Amma dövlət başçısı öz qərarı ilə bu istiqamətdə…”

Hər il əmək haqlarının artımı istiqamətində müəyyən addımlar atılır. Amma Azərbaycanda da bu ilin dövlət büdcəsi müəyyən qədər sıxılıb. Bu da dünya miqyasında neftin qiymətinin kəskin düşməsilə bağlıdır. Belə olan halda görəsən, cari ildə əmək haqlarının artımında hər hansı bir yenilik baş verə bilərmi?

Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bu istiqamətdə pessimist olduğunu dedi: “Çox güman ki, bu il əmək haqlarının artımı məsələsi bir qədər problemli olacaq. Çünki büdcənin parametrlərinə baxdıqda görürük ki, əmək haqlarının artımı istiqamətində nəzərdə tutulan ciddi addımlar görünmür. Amma 2014-cü ilin rəsmi inflyasiya rəqəmləri qədər, bu ildən qanunvericilikdə nəzərdə tutulan qaydalara müvafiq olaraq, əmək haqları və təqaüdlərə kompensasiya olacaq. Rəsmi inflyasiya rəqəmləri isə aşağı səviyyədədir, cəmi 1,5 faiz civarında. Ona görə bu kompensasiya da o qədər nəzərə çarpan olmayacaq. Təhsil, səhiyyə və dövlət xərcləri bölümündə isə 2015-ci il üçün ciddi maaş artımlarını nəzərdə tutan maddələr yoxdur. May və yaxud sentyabr aylarında belə bir artım olacaqsa, bu da hökumətin atacağı hər hansı bir addımdan asılı olacaq. Yəni büdcədə bu nəzərdə tutulmayıb, amma dövlət başçısı öz qərarı ilə bu istiqamətdə müəyyən artıma gedə bilər. Bunun üçün də rezerv fondunda nəzərdə tutulan vasitələr mövcuddur. Lakin hələlik, bunun baş verəcəyi haqqda hər hansı bir işartı yoxdur. Sadəcə, qanunvericiliyə görə, inflyasiya qədər kompensasiyalar nəzərdə tutulub. Bundan başqa hər hansı bir artım isə nəzərdə tutulmayıb”.

 

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600