!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

23 cinayətin üstü AÇILDI

!Reklam – Yazi

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxtda baş verən cinayət hadisələrinin statistik məlumatlarıını açıqlayıb.

BŞBPİ-nin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 23 cinayətin üstü açılıb. Onlardan 8-i əvvəllki dövrlərdən bağlı qalan cinayətlər olub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 13 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

www.yenicag.az

698
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv