23 yaşlı qız dəm qazından zəhərləndi
Gəncədə yaşayan Sumqayıt şəhər sakini dəm qazından zəhərlənib.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, şəhərin Bakı küçəsində kirayə yaşayan, 1992-ci il təvəllüdlü Lətafət Qurbanova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını qurtarmaq mümkün olub.
Həkimlər xəstənin vəziyyətini normal qiymətləndirir. Araşdırma zamanı məlum olub ki, L. Qurbanova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.












