4 günün gəlini zəhərlənərək öldü - Zaqatalada

media-hightechnic-468x90

Zaqatalada 4 günün gəlini zəhərlənərək ölüb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Suvagil kəndində qeydə alınıb.

Dörd gün əvvəl kəndə gəlin gələn, 1994-cü il təvəllüdlü Naimə Zahid qızı Eminovanın vəziyyəti qəfildən pisləşib, o, xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, N. Eminova xəstəxanada ölüb.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından APA-nın yerli bürosuna bildirilib ki, N. Eminova xəstəxanaya daxil olarkən ona ilkin olaraq qida zəhərlənməsi diaqnozu qoyulub. Lakin ölümün səbəblərini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib.

Ekspertizanın rəyi açıqlandıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq.

Faktla bağlı Zaqatala rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600