4 saylı Dərin Dəniz Özülündə yanğın oldu: Ölən var

media-hightechnic-468x90

Bu gün “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin 4 saylı Dərin Dəniz Özülündə yanğın qeydə alınıb. 

“Azneft” İB-dən Yenicag.az-a bildirilib ki, hadisə yerinə dərhal yanğınsöndürən gəmilər cəlb edilib, qısa müddətdə alovun genişlənməsinin qarşısı alınıb və yanğın tam söndürülüb.

Hadisə nəticəsində 1960-cı il təvəllüdlü, “Azneft” İB-nin 1 saylı  İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı İslamov Rafiq İsa oğlu həyatını itirib.

Hazırda hadisənin şəraiti qiymətləndirilərək aidiyyəti üzrə müvafiq tədbirlər görülür.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600