40 il axtardığı atasının qadın olduğu üzə çıxdı – Video
Atasını tapmaq üçün televiziya proqramına qatılan şəxs atasının cinsiyyətini dəyişdirərək qadın olduğunu öyrənib.
Li adlı şəxs 40 il axtardığı atasını tapmaq üçün televiziya proqramına qatılıb. Atası isə telefonla əlaqə saxlayaraq cinsiyyətini dəyişib qadın olduğunu və Mikaela adını götürdüyünü deyib.
Eşitdikləri qarşısında təəccübdən nə deyəcəyini bilməyən Li aparıcıdan vaxt istəyib. Bir həftə sonra isə o, atası və ögey bacısı ilə görüşüb və belə deyib:
“Bir anlıq şok oldum. Düşünün ki, illərdir axtardığınız atanız çıxıb gəlir. Bu, həyatınızı dəyişdirə biləcək bir şeydi. Mikaelan haqqında pis nəsə düşünmürəm. Üzr istəməsinə ehtiyac yoxdur. Əgər bugün buraya gəlməsəydim, həyatım boyu peşman olardım. Atamın artıq qadın olması mənim üçün problem deyil. O, mənim ailəmdir”.
Atası isə onu övladlıq verdiyi üçün illərdir bunun peşmançılığını çəkdiyini bildirib.(Axşam)
Yenicag.az