Baham adalarındakı “Dorian” qasırğası 5 nəfərin ölümünə, 21 nəfərin yaralanmasına səbəb olub.
Baham Adaları Birliyinin baş naziri Hyubert Minnisin sözlərinə görə, ölüm halları Abako adasında qeydə alınıb.
Yenicag.az xəbər verir ki, qasırğa NASA-nın Beynəlxalq Kosmik Stansiyası tərəfindən görüntülənib. Qasırğanın sürəti saatda 295 kilometrdir. Bu həmin ərzidə qeydə alınmış ən güclü qasırğadır.
Qasırğanın Bahamadan sonra Floridaya, iki gün sonra isə ABŞ-a keçəcəyi gözlənilir.
www.yenicag.az