5 ulduzlu it-pişik oteli: Yeni il qabağı bütün yerlər doldu – FOTOLAR

2017-ci ildə açılan otelə maraq olduqca güclüdür.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Bursada yerləşən it-pişik oteli Yeni ildə sevimli heyvanlarını əmanət etmək istəyənlər üçün ideal məkana çevrilib. Pişiklər üçün günlük 75 lirə, itlər üçün isə 100-150 lirə məbləğ qarşılığında kiralanan oteldə 24 saat təhlükəsizlik kameraları açıq olur. Beləliklə, sahibləri heyvanlarını rahatlıqla bu məkana gətirirlər.

Qeyd edək ki, bütün heyvanlar otelə qəbul edilmədən əvvəl yoxlanışdan keçirilir.