Mərhum prezidentlər Əbülfəz Elçibəy və Heydər Əliyev dönəmində işləmiş baş nazirin sabiq müavini dünyasını dəyişib.
Yenicag.az xəbər verir ki, 1992-94-cü illərdə baş nazirin müavini vəzifəsində işləmiş Əsgər Məmmədov uzun sürən xəstəlikdən sonra yanvarın 28-də vəfat edib.
Bu barədə məlumat sosial şəbəkərdə yayılıb.
Əsgər Məmmədov bu posta 1992-ci il iyunun 2-də prezidentin səlahiyyətlərini icra edən İsa Qəmbərin fərmanı ilə təyin edilmiş, 1994-cü ildə vəzifədən azad edilmişdi.
www.yenicag.az