615 min manat dəyərində dələduzluq etdi - 8 il azadlıqdan məhrum edildi

media-hightechnic-468x90

615 min dollarlıq dələduzluqda təqsirli bilinən Gülarə Əliyeva barəsindəki hökmdən apelyasiya şikayəti verib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası iyulun 16-na təyin edilib.

Qeyd edək ki, Gülarə Əliyeva Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, G.Əliyeva iş üzrə zərərçəkmiş qismində tanınan Nəcəf Nəsirliyə özünü qızıl-zinət əşyalarının biznesi ilə məşğul olan sahibkar kimi təqdim edib. Qadın N.Nəsirlinin ona olan inamından sui-istifadə edərək 615 min dollar dəyərində qızıl-zinət əşyalarını ələ keçirib.

Məlumata görə, zərərçəkmiş N.Nəsirli Bakının Gömrük İdarəsinin keçmiş rəhbəri, general Vüsal Novruzovun ailə sürücüsü olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05