Boyu balaca (cırtdan) qədim insanlarla bağlı araşdırmalar davam edir.
Yenicag.az xəbər verir ki, İndoneziya adalarının birindən tapılmış 700 min illik insan qalıqları üzərində aparılan araşdırmalar maraqlı faktları üzə çıxarıb.
“Nature Communications” adlı elmi jurnalda dərc olunan məqalədə tapılan insan qalıqlarından bazu sümüyü üzərində tədqiqat aparılıb.
Tədqiqat nəticəsinə görə, tapılan bazu sümüyünün bu günə qədərki ən balaca sümük olduğu aydınlaşdırılıb. Alimlərin fikrincə, yetişkin insana aid olan bazu smüüyünün sahibinin boyu 100 santimetr olub.
www.yenicag.az