“8 Mart” günü mitinq olacaq
“Sovetski” sakinlərinin onlara verilən kompensasiya ilə bağlı narazılıqları davam edir.
Hafta.az-ın verdiyi xəbərə görə, 3 mart görüşündə hökümət rəsmiləri sakinlərə evin hər kvadratmetrinə 1500 manatdan artıq pul verməyəcəyini bildirdi. Razılaşanların evi alınacaq, razılaşmayanlar isə öz evlərində yaşaya biləcək.
Sakinlərin Hafta.az-a verdiyi məlumata görə, hazırda buraxılan komissiyanın üzvü Tahirə xanımın rəhbərliyi altında martın 8-də aksiya keçiriləcək. Bu aksiyanın tarixi simvolik olaraq seçilib və aksiyaya yalnız qadınlar çıxacaq. Bu etirazın mitinqinin təşkilatçısı da, iştirakçıları da qadınlar olacaq. Onlar höükmətin təklif etdiyi kompensasiyaya etiraz edəcəklər.