!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

9 fevral seçkilərində HƏLLEDİCİ MƏRHƏLƏ: Təşviqat kampaniyası necə aparılmalıdır?

!Reklam – Yazi

“Vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə, seçkiqabağı hər hansı təşviqat materiallarını yaymaq qadağandır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında 9 fevral növbədənkənar parlament seçkiləri çərçivəsində təşviqat kampaniyasının aparılması qaydalarından danışan Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov deyib.

Roman Qaraşovun sözlərinə görə, seçkiqabağı təşviqat kampaniyası qanunla qadağan edilməyən müxtəlif üsullarla aparıla bilər:

“Seçkiqabağı təşviqat kampaniyası kütləvi informasiya vasitələri, kütləvi tədbirlərin (yığıncaqlar və vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər və s.) keçirilməsi, çap olunmuş, audiovizual və digər təşviqat materiallarının buraxılması və yayılması, eyni zamanda, qanunla qadağan edilməyən digər üsullarla həyata keçirilə bilər.

Kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqat açıq müzakirələr, dəyirmi masalar, mətbuat konfransları, müsahibələr, çıxışlar, siyasi reklamlar, tele və radioverilişlər, videofilmlər formasında və qanunla qadağan edilməyən digər formalarda həyata keçirilir.

Qeydə alınmış namizəd, siyasi partiya və ya siyasi partiyaların bloku seçkiqabağı təşviqatın forma və üsullarını müstəqil müəyyənləşdirir”.

Vəkil qeyd edib ki, seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı müəyyən təşviqat materiallarının yayılması bəzi hallarda qadağan edilir:

“Öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə, dövlət və bələdiyyə qulluqçularına, hərbi qulluqçulara, seçki komissiyalarına, seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinə və digər vəzifəli şəxslərinə seçkiqabağı hər hansı təşviqat materiallarını yayması qadağandır.

Seçkiqabağı təşviqat üçün müəyyən edilmiş qaydalara riayət edilməsinə nəzarəti Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış və əsasən, jurnalistlərdən ibarət olan mətbuat qrupu həyata keçirir”.

Gülşən Şərif

COP29

www.yenicag.az

1718
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv