Paşinyan partiyasında “təmizləmə” APARIR – Baş nazir onları “hədəf taxtası”na QOYDU

media-hightechnic-468x90

Ermənistanın baş naziri və “Vətəndaş Müqaviləsi” Partiyasının (VMP) lideri Nikol Paşinyan bu günlərdə partiyanın İdarə Heyətinə yeni üzvlərin axtarışı ilə məşğuldur. Sentyabr ayının sonunda keçiriləcək struktur dəyişikliyi öncəsi Paşinyan partiya daxilində genişmiqyaslı dəyişikliklərə hazırlaşır.

Yenicag.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti məlumat yayıb.

Hakimiyyətə yaxın mənbələrin qəzetə bildirdiyinə görə, Baş nazir idarə heyətini tamamilə yeniləməyi planlaşdırır. Bu məqsədlə o, VMP üzvləri arasında “təmizləmə” prosesinə başlayıb və yalnız ən etibarlı şəxsləri rəhbər struktura gətirmək niyyətindədir. Hazırda kimin yeni heyətə daxil ediləcəyi gizli saxlanılır, lakin partiya daxilində bu məsələ ciddi müzakirə olunur.

Partiya üzvləri şəxsi söhbətlərində bildirirlər ki, Paşinyan yeni tərkibdə Vahaqn Aleksanyan, Ruben Rubinyan, Arusyak Manavazyan və Gevorq Papoyanı mütləq saxlayacaq. Digər idarə heyəti üzvlərinin taleyi isə hələlik naməlumdur.

Xatırladaq ki, VMP İdarə Heyətinə son seçkilər 2022-ci il noyabrın 4-də baş tutmuşdu və böyük qalmaqalla yadda qalmışdı. Həmin vaxt partiyanın daxilində səslərin saxtalaşdırıldığına dair ittihamlar irəli sürülmüşdü.

“ArmLur.am” saytının yaydığı məlumata görə, parlamentin VMP fraksiyasının deputatı Arsen Torosyan əvvəlcə seçilmiş üzvlər arasında olmayıb. Lakin o, partiya üzvlərindən birinin kompüterində idarə heyətinə daxil olacaq şəxslərin adlarının əvvəlcədən müəyyən edildiyini əks etdirən siyahını görüb və həmin siyahını şəkil çəkərək rəsmi nəticələrin yenidən hesablanmasını tələb edib. Nəticədə Torosyan və Hambartsum Pambukçyan idarə heyətinə daxil edilib, Hayk Konjoryan isə kənarda qalıb.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600