Abbasovla bağlı İlham Əliyevə müraciət edildi

media-hightechnic-468x90

89646“AzerRos” Federal Milli Mədəni Muxtariyyətı və Rusiyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının üzvləri prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Müraciətin yazılmasının əsas səbəbi kimi son vaxtlar Azerros ətrafında yaranan dramatik situasiya göstərilib.

60-dan çox şəxsin imzası ilə hazırlanan müraciətdə qeyd edilir ki, baş nazirin keçmiş müavini olmuş Abbas Abbasov ondan maddi cəhətdən asılı olan tərəfdarları ilə birgə Rusiya qanunvericiliyini pozur.

Onların sözlərinə görə, fəaliyyəti dövründə Azerros Rusiyada yaşayan Azərbaycan icmalarını bir yerə toplayıb öz vəzifəsini layiqincə yerinə yetirib, lakin Abbasov vədinə əməl etməyib:

“Rusiya azərbaycanlılarını bir yerə yığmaq və Azerros-la digər Azərbaycan təşkilatları arasında qarşılıqlı əlaqəni gücləndirmək əvəzinə, o, öz siyasi məqsəd və ambisiyaları, intriqaları ilə təşkilatı iflasa və konflikt durumuna gətirdi. Şəxsi maraqlardan çıxış edərək o, Rusiya azərbaycanlılarını sizə inamsızlıq ifadə etməyə çağıraraq ictimai təşkilatı siyasi bəyanatları üçün tribunaya çevirdi”.

Təşkilatda avtoritar idarəetmə üsulu yaratdığı deyilən Abbasovun öz şəxsi baxışı olan şəxsləri oradan uzaqlaşdırdığı qeyd edilib.

Sonda müraciəti ünvanlayan şəxslər prezident İlham Əliyevə müraciət edərək Abbas Abbasovun Azərbaycan vətəndaşı olduğunu xatırladıblar və dövlət başçısından xahiş ediblər ki, müvafiq orqanlara tapşırıq verərək öz destruktiv hərəkətləri ilə Rusiyadakı Azərbaycan icmalarını parçalayan Abbasov haqda ölçü götürülsün.

Qeyd edək ki, eyni məzmunlu müraciət Rusiya prezidenti Vladimir Putinə də göndərilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600