ABŞ-dan Azərbaycana dəstək gəldi – FOTO

media-hightechnic-468x90

US_Flag_Backlit (1)Daha əvvəl Azərbaycanın işğal edilmiş ərazisində yaradılmış separatçı rejimin tanınmasına çağıran HR 1580 qətnamə layihəsinin müəllifləri qismində iştirak etmiş ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatasının üzvləri Pet Qardner və Demetrius Duqlas bu məsələ üzrə Azərbaycanın ABŞ-dakı səfirliyinin etirazına cavab olaraq ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanova məktub ünvanlayıb.

AzVision.az-ın xəbərinə görə, bu barədə səfirliyin yaydığı məlumatda deyilir.

“Corciya ştatının qanunvericiləri məktubda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təqdim edilən informasiyaya görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edirlər və bəyan edirlər ki, məsələni daha dəqiq nəzərdən keçirdikdən, eləcə də ABŞ-Azərbaycan arasında strateji tərəfdaşlıq barədə öyrəndikdən sonra HR 1580 qətnamə layihəsinə dəstəklərini geri çağırmaq qərarına gəliblər. P.Qardner və D.Duqlas fürsətdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyiblər”, – deyə səfirliyin məlumatında bildirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600