ABŞ danışıq istəyir və sanksiya tətbiq edir?

media-hightechnic-468x90

ABŞ-ın İranın enerji sektoruna və ölkənin neft nazirinə qarşı son sanksiyaları Vaşinqtonun Tehrana düşmən münasibət bəslədiyini və onunla danışıqlar aparmaq istəmədiyini göstərir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

“ABŞ-ın İranın digər ölkələrlə iqtisadi və ticarət əlaqələrini pozmağa yönəlmiş düşmənçilik hərəkətləri beynəlxalq hüququn və azad ticarətin fundamental prinsiplərinin pozulmasıdır. Bu, birtərəfli və qeyri-qanuni tədbirlərin nəticələrinə görə ABŞ tam məsuliyyət daşıyır”, – Bəqai bildirib.

Qeyd edək ki, ABŞ İranın neft naziri Möhsün Paknejada və İran neftini Çinə daşıdığı iddia edilən 17 şirkət və 13 gəmiyə sanksiyalar tətbiq edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05