ABŞ Dövlət Departamenti önəmli çağırış
ABŞ Dövlət Departamenti ötən il Dağlıq Qarabağda ermənilər tərəfindən girov götürülən azərbaycanlıların qaytarılması üçün çağırış edib.
Departament sözçüsü Cen Psaki dünən keçirdiyi brifinqdə ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın regiona səfəri zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılması barədə irəli sürdüyü təklifi xatırladıb: “Belə humanitar jestlər gərginliyi azaltmaq üçün edilir və tərəflər arasında inamı artırır. Nuland da bunu nəzərdə tutub”.
Qeyd edək ki, Dağlıq Qarabağdakı qondarma məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib.