ABŞ-ın qərarı “Huawei”i məhv etdi - İtkiləri açıqlandı

media-hightechnic-468x90

Çinin “Huawei” telekommunikasiya şirkəti ABŞ hökumətinin “qara siyahı”ya salmaq qərarından sonra yaxın iki il ərzində 30 milyard dollar itirəcək.

Yenicag.az xəbər verir ki, bunu şirkətin təsisçisi Ren Jenqfei canlı yayımda bildirib.

“Çox güman ki, yaxın iki il ərzində istehsalı azaldacağıq, gəlirimiz də daha əvvəlki proqnozlara nisbətən 30 milyard dollar az olacaq”, – deyə şirkət rəhbəri qeyd edib.

Qeyd edək ki, “Huavey” 1987-ci ildən fəaliyyət göstərir. Bu il mayın 17-də ABŞ “Huawei” şirkətini milli təhlükəsizliyə təhlükə yaratdığına görə “qara siyahı”ya salıb.

Vaşinqton bu şirkəti öz qurğuları vasitəsilə məxfi məlumatlar toplamaqda ittiham edib.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600