ABŞ kəşfiyyat xidmətləri Macarıstana ölkədə 1956-cı il hadisələrinin növbəti ildönümünə təsadüf edən hökumət əleyhinə silahlı aksiyanın hazırlanması barədə xəbərdarlıq edib.
Yenicag.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən “Telex” nəşri məlumat yayıb.
“Amerika kəşfiyyatı təxminən iki həftə əvvəl oktyabrın 23-nə planlaşdırılan silahlı aksiya ilə bağlı Macarıstan hakimiyyətinə xəbərdarlıq edib. ABŞ kəşfiyyat orqanları Macarıstan hakimiyyətinə 1956-cı il azadlıq üsyanının ildönümündə müəyyən şəxslərin silahlı əməliyyata hazırlaşdığını göstərən kəşfiyyat məlumatları təqdim edib”, – mənbə bildirib.