ABŞ-li senator Qrehemdən Xamneyiyə “qaçış eyhamı”: “Moskvanın qış nağılı olduğunu eşitmişəm”

media-hightechnic-468x90

ABŞ-li senator Lindsi Qrehem İranın ali dini lideri Əli Xamneyiyə qaçış eyhamı vuraraq, kəskin xəbərdarlıq edib: “Dronlara diqqət edin”.

Yenicag.az  xəbər verir ki, ABŞ prezidenti Donald Trampa yaxınlığı ilə tanınan senator Lindsi Qrehem İranda davam edən qanlı etirazlar fonunda rəsmi Tehranı hədəf alıb.

Xamneyinin rejim tərəfdarı olan aksiyaları ABŞ-yə “xəbərdarlıq” kimi qələmə verməsinə reaksiya göstərən Qrehem, “X” sosial şəbəkəsində Ayətullaha belə müraciət edib:

media-68e86a30-a0df-4b83-a7e9-87b6dce7d605

“Ayətullaha səslənirəm. Artıq əvvəlki kimi çox danışmırıq. Sizi incitmişəm? Amerikalı siyasətçilərə etdiyiniz son xəbərdarlığa gəlincə isə… Moskvanın bir “qış nağılı” olduğunu eşitmişəm”.

Senator bununla İranda etirazlar şiddətlənəcəyi təqdirdə, Xamneyinin Rusiyaya qaçacağına dair yayılan iddialara eyham vurub. O, mesajının sonunda isə daha sərt ifadə işlədərək, “Dronlara diqqət edin” xəbərdarlığını edib.

media-ab897590-7b8b-4506-b4b0-1acd675905c6

Qrehem digər paylaşımında isə İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Tramp haqqında işlətdiyi “Tramp çox danışır, onu ciddiyə almayın” sözlərinə də kəskin cavab verib:

“İranın sözdə təhlükəsizlik rəhbərindən ABŞ Prezidenti haqqında olduqca provokativ açıqlama gəldi. Trampı kiçik düşürməyə çalışanlar bunun nəticələrinə qatlanmalı olacaqlar”.

Xatırladaq ki, İranda 28 dekabr 2025-ci il tarixində iqtisadi böhran və milli valyutanın kəskin dəyər itirməsi ilə başlayan etiraz dalğası artıq bütün ölkəni bürüyüb. İnsan Haqları Aktivistləri Xəbər Agentliyinin (HRANA) 13 yanvar 2026-cı il tarixinə olan son hesabatına görə, toqquşmalarda ölənlərin sayı 646 nəfərə çatıb. Onlardan 133-ü təhlükəsizlik əməkdaşı, 9-u isə azyaşlıdır.

Məlumata görə, hazırda 10 721 nəfər saxlanılıb. Ölkədə zorakılıq hallarının artması səbəbindən yanvarın 9-dan etibarən internet tamamilə kəsilib.

Məsimə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa