!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin borcu ilə bağlı narahatlıqlar: Dollara necə təsir edəcək?

!Reklam – Yazi

CNY (Yuanın xaricdəki rezervlərdə adı) dollara meydan oxumaq üçün kifayət qədər likvid deyil.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Morgan Stanley” investisiya bankının analitiklərin “Dolların qlobal rolu niyə sarsıla bilməz?” adlı hesabatında dərc olunub.

Bank mütəxəssisləri deyirlər ki, yaxın vaxtlarda onun ABŞ dollarına mənalı şəkildə meydan oxuması çətin görünür.

“Bunun üçün biz düşünürük ki, Çin öz valyutasına nəzarəti zəiflətməli və kapital hesabını açmalıdır. Pekinin bunun yaxın vaxtda etmək istəməsi isə çətin görünür”, – deyə hesabatda qeyd edilir.

Onların fikrincə, ABŞ-nin borcu ilə bağlı narahatlıqlar dollara təsir etməyəcək.

“ABŞ-d\ bəzi fiskal genişlənmə var, lakin bizim fikrimizcə, bu, qorxulu deyil və FED-in inflyasiya ilə mübarizə apara bilməyəcəyini düşünməsək, dolların qeyri-sabit valyutaya çevrilməsi üçün bir kanal görmək çətindir”, – hesabat müəllifləri yazır.

“Morgan Stanley” analitikləri əlavə ediblər ki, kriptovalyuta yaxşı alternativ deyil:

“Ayda 10% artan kriptovalyuta saxlasaq, ondan ticarət üçün istifadə etmə ehtimalımız az olar və əvəzində qiymət artımından faydalanmaq üçün pul kisəmizdə toplayarıq”.

Rafi Müslümov

www.yenicag.az

298
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv